Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Almaniyanın Hamburq şəhərində yerləşən mərkəzi dəmir yolu vağzalında bıçaqlı hücum baş verib. “Dalğatv”-nin yerli media orqanlarına istinadən verdiyi məlumata görə, naməlum şəxs ətrafdakı insanlara hücum edib, nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları vağzal ərazisində genişmiqyaslı əməliyyat keçirib. Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini və təfərrüatlarını araşdırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey