ABŞ Suriyada əlavə neft yataqlarını nəzarətə götürmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Suriyanın şimal-şərqində yerləşən neft yataqlarından başqa, bu ölkənin digər “qara qızıl” yataqlarını da nəzarətə götürə bilər.
Donald Tramp Türkiyənin keçirdiyi “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar ABŞ hərbi qulluqçularının bir sıra əraziləri tərk etməsinə rəğmən, neft yataqları üzərində nəzarətin saxlanıldığını vurğulayıb. Qeyd edib ki, ABŞ silahlı qüvvələri neft yataqları üzərində nəzarəti saxlamaqdadır.