Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Dalğatv xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zakaraşvili uzun illər Gürcüstan XİN-in mərkəzi aparatında və ölkənin diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

O, 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM yanında daimi nümayəndəsi olub. Bundan əvvəl isə Gürcüstanın Rusiyadakı maraqlar bölməsində, eləcə də Ukraynadakı səfirliyində müxtəlif diplomatik vəzifələr tutub.

Zakaraşvili, həmçinin Gürcüstan XİN-in Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə münasibətlər idarəsinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Giorgi Zakaraşvili fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey