Gürcüstan Prezidenti və Almaniya kansleri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 20-21-də Almaniyaya rəsmi səfər edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Almaniya kansleri Angela Mekellə görüşəcək.

Görüşdə Gürcüstan və Almaniya arasında ikitərəfli əməkdaşlıq, Cənubi Qafqaz bölgəsindəki vəziyyət və Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunacaq.

S.Zurabişvili Almaniyadan öncə fevralın 17-19-da Fransaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Fransa Prezidenti Emanuel Makronla danışıqlar aparacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey