Azərbaycan və Gürcüstan XİN başçıları arasında təkbətək görüş keçirilib

Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı İliya Darçiaşvili arasında təkbətək görüş baş tutub.

Bu barədə informasiya nazirliyin səhifəsində qeyd olunub.

Görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Ceyhun Bayramov, Azərbaycan və Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini bildirib:
“Azərbaycan və Gürcüstan arasında münasibətlər qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyir. Diplomatik münasibətlərin qurulmasından arxada qalan 30 il ərzində Azərbaycan və Gürcüstan arasında 113 saziş imzalanıb, daha 19 sənəd baxılma prosesindədir. Ölkələr, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir və dünya arenasında bir-birini dəstək verir. Sülh, sabitlik və regional inkişafa diqqətin yönədilməsi ilə tərəfdaşlığımız gündən-günə güclənir”, – deyə nazir bildirib.

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili isə Azərbaycana rəsmi səfərə başlamaqdan şərəf duyduğunu qeyd edib və həmkarı ilə görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu il dönümü, həmçinin, iki ölkə arasında siyasi və iqdisadi məsələlərin müzakirə olunduğunu bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey