Komendant saatının və vətəndaşlara tətbiq olunan cərimələrin ləğv olunması tələbi ilə aksiya keçiriləcək

Bu gün Vətəndaş hərəkatının üzvləri və ictimai fəallar, komendant saatının və vətəndaşlara tətbiq olunan cərimələrin ləğv olunması ilə bağlı parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər.

Aksiyada iştirak edən ictimai və siyasi fəallar, müxtəlif yerlərdən yürüşlə başlayaraq, saat 18:00-da parlament binası qarşısına toplaşacaqlar.

Onlar yürüş zamanı, -“Utanç”, “Vaxt gəldi”, “Dəyişiklik”, “Demokratik gələcək üçün” və s. şuarlar səsləndirəcəklərini bildiriblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey