Bir neçə müddətdir gözlənilən “Pfizer” peyvəndi Gürcüstana gətirildi
Bir neçə müddətdir ki, ölkəyə gətirilməsi planlaşdırılan koronavirus əleyhinə “Pfizer” peyvəndi çatdırılıb.
Ölkə 30 min dozaya yaxın peyvəndi ABŞ-dan tədarük edib.
“Pfizer” vaksini 65 yaşdan yuxarı tibb işçilərinin peyvəndlənməsi üçün istifadə olunacaq. Səhiyyə sahəsində çalışanlar “AstraZeneca” və “Pfizer” peyvəndi arasında seçim edə biləcəklər.
Xatırladaq ki, ölkəmizdə “AstraZeneca” vaksininin tətbiqi ilə peyvəndləmə prosesinin ilk mərhələsinə martın 15-dən başlanılıb.