Gürcüstan quru sərhədin açılması ilə bağlı müzakirələrə başlayıb
“Gürcüstan hökuməti ilk öncə Ermənistanla quru sərhədlərin açılması ilə bağlı müzakirələrə başlayıb”.
24News.ge Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan, parlamentdə nazir saatı zamanı çıxışında qeyd edib.
Onun sözlərinə görə, Ermənistan və Gürcüstan quru sərhədlərin açılması barədə fəal şəkildə danışıqlar aparırlar:
“Xüsusilə son zamanlarda iki ölkənin diplomatlarının xarici işlər nazirinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr davam edir. Müzakirələrə bir sıra məsələlər daxil edilib. Keçən həftə xarici işlər nazirləri səviyyəsində müzakirələr aparıldı və indi quru sərhədlərin açılması üçün lazım olan texniki məsələlər müzakirə olunur”, – deyə nazir bildirib.
Xatırladaq ki, hazırda Ermənistanla Gürcüstan arasında quru sərhəd yalnız yükdaşıma üçün açıqdır.