Marneulidə Novruz bayramı ilə bağlı el şənliyi keçirilib
21 mart Marneuli şəhərində Novruz bayramı münasibətilə təntənəli el şənliyi baş tutub.
Havanın yağışlı və soyuq olmasına baxmayaraq şəhər sakinləri və ətraf kəndlərdən gələn insanlar bayram tədbirinə qatılıblar.
El şənliyində ilk olaraq Novruz bayramının simvollarından olan tonqal alovlandırılıb. Daha sonra tədbirdə çıxış edənlər Gürcüstanda və dünyanın hər bir yerində Novruz bayramını qeyd edən xalqları təbrik ediblər.
Bayram tədbiri el havaları və aşıq ifaları ilə davam edib.