Bakıda təcili eniş etmiş təyyarədə bomba olması barədə yazılı kağızı aşkar edən şəxs saxlanılıb
Bakıda məcburi eniş etmiş “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarədə bomba olması barədə yazılı qeydi aşkar edən şəxs saxlanılıb.
Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.
Vurğulanır ki, təyyarənin sərnişinlərindən biri tualetdə üzərində göyərtədə bomba olması barədə məlumatın yazıldığı kağızı aşkar edib.
Gəmi komandiri Bakı aeroportundan təcili eniş istəməyi qərara alıb.
Hazırda təyyarə göyərtəsi tam yoxlanılıb, heç bir şübhəli əşya tapılmayıb.
Kağızı tapan kişi saxlanılıb.
Qeyd olunur ki, təyyarə iki saat ərzində Moskvaya uçacaq.