Hakim “Gürcü Arzusu” partiyasının genişmiqyaslı mitinqi başlayıb
Paytaxt Tbilisinin Azadlıq meydanında “Gürcü Arzusu”nun genişmiqyaslı mitinqi başlayıb.
Mitinq Gürcüstanın dövlət himni ilə açıq elan edilib.
Hazırda mitinqdə minlərlə Gürcüstan vətəndaşı ilə yanaşı hökumət üzvləri də iştirak edirlər.
Mitinqə toplaşan vətəndaşlar, “Gürcü Arzusu”nu dəstəklədiklərini və yerli seçkilərin ikinci turunda hakim partiyanın qlib gəlməli olduğunu bildirirlər.
Qeyd edək ki, 30 oktyabr tarixində ölkənin 20 böyük şəhərində yerliözünüidarəetmə seçkilərinin ikinci turu baş tutacaq.