Ukraynanın ombudsmanı Gürcüstana gələrək Saakaşvili ilə görüşdü…
Ukrayna ombudsmanı Lyudmila Denisova, eks prezident Mixeil Saakaşviliyə baş çəkmək üçün Gürcüstana gəlib.
O bu gün Rustavi həbsxanasında Saakaşviliyə baş çəkəndən sonra jurnalistlərə açıqlama verib.
L. Denisova qeyd edib ki, siyasətçinin saxlanılması və hüquqlarının müdafiəsinə dair hesabat hazırlayacaq və Ukraynada akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin deputatlarına təqdim edəcək.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ombudsmanın M.Saakaşvilinin mülki klinikaya yerləşdirilməsi ilə bağlı tövsiyələrini nəzərə almalıdır.
L. Denisova Mixeil Saakaşvili ilə görüşdən sonra prezident Zelenski ilə görüş tələb edəcəyini də bildirib.