Prezident parlamentin bu günkü iclasının konstitusiyaya zidd olduğunu açıqlayıb

Ölkə prezidenti Salome Zurabişvili noyabrın 25-də on birinci çağırış parlamentin ilk iclasının konstitusiyaya zidd olduğunu açıqlayıb.

O bununla bağlı 3 səbəb göstərib.

Prezident öz açıqlamasında deyir: “Gürcüstan parlamentinin iclası konstitusiyaya ziddir:
1. Kütləvi seçki saxtakarlığı onun legitimliyini şübhə altına alır.
2. Mən birinci iclası çağırmaqdan imtina etdim və konstitusiya heç kimi mənim əvəzim kimi tanımır.
3. Hələ mənim şikayətimə Konstitusiya Məhkəməsi baxmalıdır”.

Məlumat üçün bildirək ki, bu gün 25 noyabr tarixində yeni seçilmiş XI çağırış parlamentin ilk iclası keçiriləcək. Parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyalarının üzvləri isə iclasın keçirilməsinə mane olmaq məqsədi ilə parlament binası önündə etiraz mitinqi keçirəcəklərini açıqlayıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey