Parlamentin ətrafına su şirnağı və xüsusi təyinatlı dəstə gətirilib

Paytaxt Tbilisidə etiraz aksiyasının keçirildiyi parlament binasının ətrafına və Azadlıq meydanına xüsusi təyinatlı dəstə və su şirnağı maşınları gətirilib.

Əraziyə Daxili İşlər Nazirliyi tərəfindən yeni alınmış su reaktiv maşınları da cəlb olunub.

Hazırda mitinq iştirakçıları Parlamentin bütün girişlərində etiraz aksiyası keçirirlər.

Hadisələrin süni şəkildə genişlənməsinin qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları təhlükəsizlik tədbirləri əsasında qanunverici orqanın ətrafına səfərbər olunublar.

Məlumat üçün bildirək ki, bu gün 25 noyabr tarixində yeni seçilmiş XI çağırış parlamentin ilk iclası keçiriləcək. Parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyalarının üzvləri isə iclasın keçirilməsinə mane olmaq məqsədi ilə parlament binası önündə etiraz mitinqi keçirirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey