İrakli Kobaxidze hökumətin yeni tərkibini açıqlayıb
Baş nazir İrakli Kobaxidze parlamentə təqdim olunacaq hökumətin yeni tərkibini açıqlayıb.
Bu barədə baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Hökumətin tərkibində üç dəyişiklik edilir. Dəyişiklik Xarici İşlər Nazirliyini, Ədliyyə Nazirliyini, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyini əhatə edib.
İliya Darçiaşvili, Rati Breqadze və Otar Şamuqiya artıq hökumətin tərkibində yer almıyacaq.
Yeni tərkibdə Gürcüstanın xarici işlər naziri – Maka Boçorişvili;
Gürcüstanın ədliyyə naziri – Anri Oxanaşvili;
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri – Davit Sonqulaşvili;
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri – Levan Davitaşvili;
Gürcüstanın müdafiə
naziri – İrakli Çikovani;
Gürcüstanın maliyyə naziri – Laşa Xutişvili;
Gürcüstanın regional inkişaf və infrastruktur naziri – İrakli Karseladze;
Gürcüstanın daxili işlər naziri – Vaxtanq
Qomelauri;
Gürcüstanın təhsil, elm və gənclər naziri – Aleksandre Tsuladze;
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin əmək, səhiyyə və sosial müdafiə naziri – Mixeil Sarjveladze;
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri – Tea Axvlediani;
Gürcüstanın mədəniyyət və idman naziri – Tinatin Ruxadze olacaq.