Prezident xaricdə yaşayan vətəndaşlara və beynəlxalq ictimaiyyətə müraciət etdi: “Oyanın…

“Bu qəddar, amansız russayağı xüsusi əməliyyatlar, ifadə azadlığının boğulması ilə bağlı öz mövqeyini açıq şəkildə bildirməyin vaxtıdır. Oyan Avropa!”.

Bu barədə prezident Salome Zurabişvili sosial media hesabında yazıb.

O qeyd edib ki, Tbilisi küçələrində Avropa idealları vəhşicəsinə məhv edilir:

“Avropa və Amerikada yaşayan həmvətənlər! Tanışlar və ya yadlar, sizə müraciət edirəm! Oyanın! Bu qəddar, amansız russayağı xüsusi əməliyyatlar, ifadə azadlığının boğulması ilə bağlı öz mövqeyinizi açıq şəkildə bildirməyin vaxtıdır… Susmaq, heç nə baş verməyib kimi davranmaq artıq mümkün deyil!

Mövqeyinizi bildirin – mətbuatda və televiziyalarda, səfirliklərdə və ya hətta sosial şəbəkələrdə, ya da gəlib ölkənizin gələcəyinin yanında olun”, – deyə prezident qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey