Baş nazirdən açıqlama: “Polis Gürcüstanda dövlət çevrilişinin qarşısını almağa nail olub”

“Polis dünən Gürcüstanda dövlət çevrilişi cəhdinin qarşısını almağa nail olub”.

Bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

O, Tbilisidə baş verən iğtişaşlarda iştirak edənlərin bir qisminin yaxşı təşkil olunduğunu vurğulayıb:

“Mitinq iştirakçıları arasında təqribən 500 provakator olub. Onlar pirotexnika və hətta “Molotov kokteylləri”ndən istifadə ediblər. Dünən bir neçə kədərli hadisə də baş verdi. Bu cür hallar gələcəkdə təkrarlanmamalıdır. Konstitusiyaya qəsdin qarşısını alaraq Gürcüstanın suverenliyini qoruduqları üçün ölkənin daxili işlər naziri Vaxtanq Qomelauriyə və Tbilisi polisinə təşəkkür edirik”, – deyə baş nazir qeyd edib.

Xatırladaq ki, dünən Tbilisidə keçirilən etiraz aksiyasında 107 nəfər saxlanılıb, 10 hüquq mühafizə nümayəndəsi yaralanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey