Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbərini kollektivə təqdim edib.

Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Anri Oxanaşvilini rəsmi şəkildə xidmətin əməkdaşlarına təqdim edib. Təqdimat mərasimində çıxış edən baş nazir Anri Oxanaşvilinin bu mühüm vəzifəyə uyğun bütün peşəkar və şəxsi keyfiyyətlərə sahib olduğunu vurğulayıb.

“Bu gün mən Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri cənab Anri Oxanaşvilini sizə təqdim edirəm. O, uzun illər ərzində dövlətə və milli maraqlara sadiq şəkildə xidmət göstərmiş şəxsdir. Xüsusilə də Gürcüstan parlamentində Hüquq Komitəsinə rəhbərlik etdiyi dövrdə və daha sonra ədliyyə naziri kimi fəaliyyət göstərərkən bir sıra əhəmiyyətli islahatlara imza atmışdır. Peşəkarlığı, vicdanlılığı və prinsipiallığı onu bu məsuliyyətli vəzifəyə layiq edir”, – deyə İrakli Kobaxidze qeyd edib.

Bununla yanaşı, baş nazir Dövlət Təhlükəsizliyi Xidmətinin əvvəlki rəhbəri Qriqol Liluaşviliyə də təşəkkürünü bildirib. O, Liluaşvilinin rəhbərliyi dövründə xidmətin yüksək səviyyədə fəaliyyət göstərdiyini, ölkənin təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Baş nazir həmçinin Liluaşvilinin müavinlərinə də təşəkkür edərək onların göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey