Acara Muxtar Respublikasına yeni sədr təyin edilib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin qərarı ilə Sulxan Tamazaşvili Acara Muxtar Respublikasının hökumətinə rəhbərlik edəcək. Yeni təyinatla bağlı qərar rəsmi qaydada təsdiqlənib və Tamazaşvili vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Sulxan Tamazaşvili bu təyinatadək Tbilisi Polis Departamentinə rəhbərlik edib və daxili işlər sahəsində uzunmüddətli idarəçilik təcrübəsinə malikdir.
Xatırladaq ki, bu gün səhər saatlarında Acara hökumətinin əvvəlki sədri Tornike Rijvadze istefa verdiyini bəyan edib.