Simonyan: “Ermənistan kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmayacaq”

Ermənistan Azərbaycan və Rusiya ilə kommunikasiyaların açılması məsələsində üçtərəfli formatda əməkdaşlığa qayıtmaq niyyətində deyil.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan brifinq zamanı açıqlama verib. O, Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə əməkdaşlığın yenidən bərpa olunması ehtimalına dair sualı cavablandırarkən bildirib:

“Xeyr, belə bir məsələ gündəmdə deyil. Bunun haradan ortaya atıldığını bilmirəm. Hər şeydə Rusiyanın təsirini axtarmağı dayandırın – istər müsbət, istərsə də mənfi baxımdan. Bu mövzu artıq qapanıb.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey