Tbilisidə planlaşdırılan mitinqlə əlaqədar Rustaveli prospekti müvəqqəti bağlanacaq

Azadlıq meydanında keçirilməsi planlaşdırılan mitinqlə əlaqədar oktyabrın 27-si saat 00:00-dan etibarən Azadlıq meydanında nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə paytaxt meriyası məlumat yayıb.

Rustaveli prospektinə gəlincə, Respublika meydanından Azadlıq meydanına qədər olan yol hissəsində isə sabah saat 17:00-dan etibarən avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qeyd edək ki, sabah saat 17:00-da Hakim “Gürcü Arzusu” partiyası yekun seçki mitinqini keçirəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey