Rusiya Xersona etnik azərbaycanlıları və axısqa türklərini gətirməyə başlayıb

İşğal altında olan Krımda yaşayan etnik azərbaycanlılar və axısqa türkləri Xersona gətirilir.

Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk brifinq zamanı bildirib.

Onun sözlərinə görə, avtobuslar artıq yoldadır və 10 humanitar dəhliz açılacaq:

“Bu gün 10 humanitar dəhliz açılacaq, avtobuslar artıq yoldadır. Bizdə olan məlumata görə, işğalçılar müvəqqəti işğal altında olan Krımda yaşayan etnik azərbaycanlıları və axısqa türklərini yaşamaq üçün işğal altında olan Xersona gətirməyə başlayıblar. Xersonda yaşayan vətəndaşlarımız düşmənin qərarını qəbuledilməz hesab edərək etiraz aksiyası keçiriblər. Xerson Ukraynadır və orada yaşayan insanlar qəhramandır, düşmən uğur əldə edə bilməyəcək ”, – deyə Vereşçuk bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey