Bayden Varşavada Ukraynanın xarici işlər və müdafiə nazirləri ilə görüşdü
ABŞ Prezidenti Co Bayden martın 26-da Varşavada Ukraynanın müdafiə naziri Aleksey Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Bu barədə Ukrayna XİN rəhbəri “Facebook” hesabında bildirib.
ABŞ Prezidenti Co Bayden ukraynalı nazirlərin amerikalı həmkarları Entoni Blinken və Lloyd Ostinlə görüşünə qoşulub.
Dmitri Kulebanın sözlərinə görə, görüş zamanı C.Bayden bu gün Ukraynada baş verənlərin XXI əsrin tarixini dəyişəcəyini qeyd edib.
“Baydenin aydın fikri var ki, bu müharibə Rusiyanın Ukraynaya qarşı müharibəsi deyil, tiranlığın azad dünyaya qarşı mübarizəsidir”, – deyə D.Kuleba bildirib.