NATO Liderlər Sammiti Çin və Belarusa xəbərdarlıqla yekunlaşdı

Brüsseldə keçirilən NATO Liderlər Sammiti yekunlaşıb.

Tədbirin yekun bəyanatında liderlər Rusiyanı konkret nəticələrə nail olmaq üçün Ukrayna ilə konstruktiv dialoqa çağırıb. Sənəddə bildirilib ki, atəşkəsin ardınca Rusiya qoşunları Ukrayna ərazisindən çıxarılmalıdır.

Bəyanata görə, NATO liderləri Şərqi Avropada dörd döyüş qrupu yerləşdirmək barədə razılığa gəliblər.

“Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupu yaradırıq”, – deyə sənəddə qeyd olunub.

Həmçinin, NATO liderlərinin Ukrayna böhranı fonunda müdafiə xərclərini artırmaq barədə razılıq əldə etməsi də bəyanatda öz əksini tapıb.

Bununla yanaşı, alyans Çin, Belarus və digər ölkələrə də xəbərdarlıq edərək, onları Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməkdən çəkinməyə çağırıb.

Mənbə: “RİA Novosti”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey