Salome Zurabişvili Ukrayna xalqına müraciət edib

Ölkə prezidenti Salome Zurabişvili, Ukrayna xalqına müraciət ünvanlayaraq dəstək ifadə edib.

Müraciətdə ölkəmizin Ukraynanın yanında olduğu bir daha vurğulanıb.

Zurabişvilinin sözlərinə görə, ukraynalılar öz azadlıqları və müstəqillikləri, eləcə də Gürcüstan üçün mübarizə aparırlar:

“Gürcüstan əhalisinin, Gürcüstan dövlətinin adından dost Ukrayna vətəndaşlarına, bu gün şəhərlərdə döyüşənlərə – Mariupolda, Kiyevdə, Xarkovda, Odessada müqavimət göstərənlərə müraciət ünvanlamaq istəyirəm. Bu müharibədə öz dəstəklərini ortaya qoyan ukraynalı qadınlara, qonşu ölkələrdə olan ukraynalı məcburi köçkünlər, hansının ki, bir qismi də Gürcüstandadır, müraciət etmək istəyirəm. Bildirmək istəyirəm ki, biz gürcülər Rsiyanın təcavüzü qarşısında sizi dəstəkləyirik. Bunun nə demək olduğunu və necə mərd şəkildə 29 gün ərzində mübarizə apardığınızı bilirik. Siz Rusiyaya qarşı 29 gün ərzində artıq qələbə çalmısınız. Siz göstərdiniz ki, onlar Ukraynanı məğlub edəcək qədər güclü deyillər. Sizə ürəkdən uğur və qələbə arzulayıram. Biz sizin dostlarınız olaraq həm özünüzün həm də bizim azadlığımız, müstəqilliyimiz üçün mübarizə apardığınızı bilirik. Eşq olsun Ukraynaya”, – deyə prezident müraciətində bildirib.

Zurabişvili həmçinin, hər kəsin super güc hesab etdiyi Rusiyanın kifayət qədər güclü olmadığını göstərməklə qələbə qazanıldğını bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey