Baş nazirin iştirakı ilə ölkədəki son vəziyyət müzakirə olundu…

Ölkədə virusun artması fonunda, Baş nazirin iştirakı ilə Qurumlararası Kordinasiya Şurasının iclası keçirilib.

Baş nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası, müəssisələri və vətəndaşları əlavə qaydalara ehtiyac qalmaması üçün Səhiyyə Nazirliyi və mütəxəssislərin tövsiyələrini mümkün qədər yerinə yetirməyə çağırıb.

Hökumət rəhbərliyindən verilən məlumata görə, Giorgi Qaxaria son 24 saat ərzində ölkədə ən yüksək koronavirus infeksiyasının yayılmasına görə, Koordinasiya Şurası üzvlərinə ciddi ehtiyat tədbirlərinin görülməsini tapşırıb.

İclasda epidemioloji vəziyyət baxımından çətinliklər və virusun yayılmasının qarşısını almaq üçün təsirli tədbirlər müzakirə edilib.

Virus infeksiyası hallarının artmasının qlobal bir tendensiya olduğu və Gürcüstanın da bu vəziyyətdən kənarda qalmadığı bildirilib. Virusun əhalinin sağlamlığına və ölkə iqtisadiyyatına vurduğu zərərin minimuma endirilməsi üçün bu prosesin idarə olunmasının vacibliyi bildirilib.

Şura üzvləri, infeksiya hallarının artmasına baxmayaraq, hökumətin virusun ölkədə yayılması baxımından vəziyyətə tam nəzarət etdiyini qeyd ediblər. Eyni zamanda, diqqət bir daha Səhiyyə Nazirliyi və mütəxəssislər tərəfindən tövsiyələrin icrasına nəzarətin gücləndirilməsinə yönəldilib.

Qurumlararası Koordinasiya Şurası bir daha vətəndaşları sıx toplaşmaqdan çəkinməyə, mümkün qədər sosial məsafəni qorumağa, ictimai nəqliyyatda olduğu kimi qapalı yerlərdə də maska taxmağa çağırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey