Baş nazir Gürcüstanda virusun ikinci dalğasının başladığını açıqladı

Baş nazir, Giorgi Qaxaria Gürcüstanda koronavirus panidemiyasının ikinci dalğasının başladığını bildirib.

Bu sözləri baş nazir Giorgi Qaxaria hökumətin iclasında deyib.

Hökumət rəhbəri ölkədəki epidemioloji vəziyyətin yavaş-yavaş dəyişdiyini açıqlayıb:

“Bu gün qeydə alınan 57 yoluxma və dünənki 44 yoluxma halı onu göstərir ki, ölkədəki epidemioloji vəziyyət asta-asta dəyişir. Biz ikinci dalğanın başlamasını ehtimal edirik. Bu proses faktiki olaraq hazırda başlayır. Əsas odur ki, təlaşa heç bir səbəb yoxdur. Biz vəziyyəti yönəldirik və vəziyyət təmamilə nəzarətimiz altındadır.

Nəzarətin əsas istiqamətlərindən biri virusun yayılma risklərinin yönəldilməsi məsələsidir. Misal üçün, epidemiyanın başladığı ilk günlərdə bizim səhiyyə sistemimiz gündəlik 159 PCR test həyata keçirirdi, bu gün isə 6000-7000 test həyata keçirə bilirik. Gələcəkdə bu rəqəmlər 10 000 nəfərədək arta bilər”, – deyə baş nazir bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey