Baş nazirdən iddialı çıxış: “Koalisiyaya ehtiyac olmayacaq, seçkilərdə qələbə çalacağıq”

“Koalisiyaya ehtiyac olmayacaq, seçkilərdə mütləq inamlı qələbə çalacağıq”.

24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria “Gürcü Arzusu” partiyasının proporsional siyahısının ilk iyirmiliyinin təqdimat mərasimində çıxışı zamanı deyib.

“İstəyirəm ki, komandamıza və onun rəhbəri olan Bidzina İvanişviliyə bu böyük inamına görə təşəkkürümü bildirim. Hər kəs hər şeyi yaxşı görür. Bizim məqsədimiz iqtisadiyyatın sürətli şəkildə bərpası və əlbəttə ki, insanlara qayğıdır. Ölkənin iqtisadi cəhətdən daha güclü, həmçinin demokratik olmasına nail olmalıyıq. Mən əminəm ki, koalisiyaya ehtiyac olmayacaq, Gürcü Arzusu seçkilərdə inamlı qələbə çalacaq”,- deyə Giorgi Qaxariya bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey