Gürcüstanın baş naziri Qarabağ münaqişəsi ilə əlaqədar təşəbbüslə çıxış etdi

Baş nazir Giorgi Qaxaria, Azərbaycan və Ermənistan arasındakı hərbi qarşıdurmalarla əlaqədar bəyanat yayıb.

Baş nazir bəyanatda Gürcüstanın tərəflər arasında vasitəçilik rolunu üzərinə götürə biləcəyini qeyd edib.

“Azərbaycan və Ermənistan arasındakı hərbi qarşıdurma nəticəsində ağır vəziyyət yaranıb, itki sayı çoxdur, hərbi qarşıdurmaların və dialoqun bərpa edilməsi bu vaxtadək mümkün olmayıb.

Hər kəs yaxşı bilir ki, vəziyyətin eskalasiyası bütün regiona kəskin şəkildə neqativ təsir göstərəcək.

ATƏT-ə, Minsk Qrupun həmsədrlərinə və beynəlxalq iştiakçılara səslənirik ki, eskalasiyanın dayandırılması və dialoqun bərpası üçün öz imkanlarından maksimum dərəcədə istifadə etsinlər.

Bildiyiniz kimi, bizim ölkəmizi Azərbaycan və Ermənistanla mehriban qonşuluq münasibətləri birləşdirir.

Tarixi olaraq, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər hər zaman bizim ölkənin, həmçinin bütün regionun inkişafı və güclənməsi üçün fəaliyyət göstəriblər. Onların sabit şəkildə yaşamaları göstərir ki, gürcülər ermənilər və azərbaycanlılar Qafqazı bütünlüklə sabitlik və inkişaf məkanına çevirə bilərik.

Regionda tezliklə stabilliyin hökm sürməsi bizim marağımızdadır. Gürcüstan istənilən formatda, dialoq keçirmək məqsədilə münaqişə tərəflərinin nümayəndələrini Tbilisidə qonaq etməyə, bu prosesə təkan verməyə hazırdır”, – deyə Giorgi Qaxaria bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey