ABŞ-ın “F-22” qırıcılarının İsrailə yerləşdiriləcəyi bildirilir

ABŞ-ın “F-22” qırıcı təyyarələrinin Böyük Britaniyadan İsrailin cənubunda yerləşən hərbi hava qüvvələri (HHQ) bazasına istiqamətləndiyi bildirilir.

“Dalğatv”xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Qeyd olunub ki, ümumilikdə 12 ədəd “F-22” qırıcısı Böyük Britaniyadakı bazadan havaya qalxarkən müşahidə edilib. Təyyarələrdən birinin texniki nasazlıq səbəbindən geri qayıtdığı bildirilib.

Məlumata görə, qırıcıların Yaxın Şərqə göndərilməsi ABŞ Prezidenti Donald Trampın Tehranla nüvə proqramı üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə İrana qarşı hərbi əməliyyatların mümkünlüyü barədə açıqlamaları fonunda həyata keçirilir.

Bundan əvvəl ABŞ-ın İran yaxınlığında hərbi mövcudluğunu artırdığı, eləcə də Yaxın Şərqdəki bazalara 150-dən çox hərbi təyyarə yerləşdirdiyi barədə məlumatlar yayılmışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey