İranın Buşehr Atom Elektrik Stansiyasında işlər dayandırılıb.

İranın Buşehr Atom Elektrik Stansiyasında işlər dayandırılıb.

Dalğatv “APA”-ya istinadən xəbər verir ki , bu barədə “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev məlumat verib.

Onun sözlərinə görə, hazırda 639 nəfər rusiyalı əməkdaş Buşehr AES-də fəaliyyət göstərir.

“Rosatom” rəhbəri bildirib ki, stansiya üçün təhlükə hələ də qalmaqdadır və hərbi münaqişənin şiddətlənməsi bu riski daha da artırır:

“İranın nüvə sənayesi rəhbərliyi ilə əlaqə kəsilib və ölkənin nüvə obyektlərinin hazırkı vəziyyəti ilə bağlı hələ də dəqiq məlumat yoxdur. İranın nüvə obyektlərinə endirilən məqsədyönlü zərbələr nəzarətdən çıxır. Biz israr edirik ki, bu nüvə obyektlərinin təhlükəsizliyi prioritet məsələ olmalıdır.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey