Əli Xameneyi: “Süleymaninin qanı yerdə qalmayacaq”

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin həlak olmuş komandiri general-mayor Qasım Süleymaninin qisasını alacaqlarını açıqlayıb.

“Dalğa tv” “Report”a istinadən xəbər verir ki, Xameneyi ölkədə üçgünlük matəm elan edib.

“Süleymani cənnətməkan oldu. Süleymanini qətlə yetirən caniləri sərt intiqam gözləyir. Süleymaninin öldürülməsi Birləşmiş Ştatlara və İsrailə qarşı müqaviməti ikiqat qızışdıracaq”, – ölkənin ali lideri bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey