Nikol Paşinyan Tbilisiyə səfər edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçiriləcək Gürcüstan-Ermənistan futbol matçına qatılmaq üçün səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin inkişaf tendensiyası bir daha vurğulanıb.

Söhbət zamanı tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətini qeyd edərək, birgə səylərin regionda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verə biləcəyini bildiriblər.

Daha sonra Kobaxidze sosial media hesabında görüş barədə paylaşım edərək, idmanın və xalqlar arasında münasibətlərin inkişafına önəm verdiklərini bildirib: “Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılamaqdan məmnunam. Milli komandalarımızın qarşılaşacağı bu günkü oyunu səbirsizliklə gözləyirəm. Həm idmanın, həm də insanlar arasında əlaqələrin güclənməsinə töhfə vermək istəyirik.”

Qeyd edək ki, hər iki hökumət başçısı bu gün baş tutacaq Gürcüstan və Ermənistan milli komandalarının oyununu stadiondan izləyəcəklər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey