Azərbaycan millisi Haitiyə məğlub olub
Azərbaycan futbol milli komandası yoldaşlıq oyununda Haiti yığmasına məğlub olub.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 2025-ci ilin ilk matçında 0:3 hesabı ilə uduzub.
Qonaq komandanın heyətində Frantsdi Pyerro (9, 63) iki dəfə fərqlənib, üçüncü qolu isə 83-cü dəqiqədə Jan Jak vurub.
Oyunun sonlarında Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyi komanda üç gün sonra “Bank Respublika Arena”da Belarus millisi ilə qarşılaşacaq.