Erməniyə qalib gəlmiş 14 yaşlı idmançımız Dünya Kubokunun qalibi oldu

Rusiyanın Anapa şəhərində keçirilən kikboksinq üzrə Dünya Kubokunda 14 yaşlı Amin Quliyev qalib olub.

“Ağ Canavar” ləqəbli Amin iki meydan sahibi olan rus rəqiblərinə, eləcə də iki özbək və bir erməni idmançısına qalib gəlib.
Qeyd edək ki, kikboksinqin ən güclü versiyası sayılan WAKO-da dünya və Avropa çempionu olmuş Amin Quliyev tanınan idmançımız Eduard Məmmədovun tələbəsidir.

O, ikinci dəfə Dünya Kubokunun qalibi olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey