Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib.
Təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.
İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu həyata keçirən təyyarənin göyərtəsində 7 nəfər olub. Onlardan 4-nün meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir.
Hadisə yerinə 41 xilasedici və 7 xüsusi texnika cəlb olunub.