ABŞ İrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton Tehrana Livanın atəşkəs rejiminə daxil ediləcəyi ilə bağlı heç bir öhdəlik verməyib və bu məsələ ətrafında tərəflər arasında anlaşılmazlıq yaranıb.
“ Dalğatv” xəbər verir ki, o, bu barədə Macarıstanda jurnalistlərə açıqlamasında danışıb.
“Düşünürəm ki, burada müəyyən anlaşılmazlıq baş verib. Güman edirəm ki, İran tərəfi atəşkəsin Livanı da əhatə etdiyini hesab edib, lakin bu, həqiqətə uyğun deyil. Biz heç vaxt belə bir vəd verməmişik. Bildirmişik ki, atəşkəs İran, ABŞ-nin müttəfiqləri, İsrail və Fars körfəzi ərəb ölkələrini əhatə edəcək”, – deyə Vens vurğulayıb.
