Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Məlumatda deyilir: “Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər çəkən ailələrə və dost Gürcüstana başsağlığı veririk. Bu itkiyə dözmək üçün səbr diləyirik”.

Xatırladaq ki, hadisə yanvarın 5-də baş verib. Saberio kəndində evdə baş verən yanğın nəticəsində 5 azyaşlı faciəvi şəkildə həlak olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey