Avropa Parlamentində Gürcüstanla bağlı sərt tənqidlər səsləndirilib
9 aprel tarixində Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstandakı siyasi vəziyyət müzakirə edilib. Avroparlamentarilər ölkədəki avtoritar meylləri və müxalifətə qarşı sərt tədbirləri qınayıblar.
Sebastian Tinkin, “Gürcü Arzusu” partiyasını Avropa dəyərlərinə zidd hərəkətlərdə ittiham edərək, Gürcüstanın avtoritar rejimə çevrildiyini bildirib. O, Rusiyadan ilhamlanan “xarici agentlər” qanununun qəbulunu və müxalifətə qarşı təzyiqləri qınayıb.
Litvalı deputat Rasa Jukneviçiene isə Avropa İttifaqının Gürcüstanla bağlı siyasətini yenidən nəzərdən keçirməyi təklif edib və İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb edib. Jukneviçiene həmçinin Gürcüstanın beynəlxalq təcrid olunmasını vurğulayıb.
İclasda digər deputatlar da Gürcüstan rəhbərliyini vətəndaşların seçki çağırışlarına diqqət yetirməyə çağırıblar.