Gürcüstan Parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi yaradılacaq

Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi yaradacaq.

Dalgatv xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, məntəqələrin üçü də Bakının N.Nərimanov rayonu ərazisində (Yaşar Hüseynov küçəsi 13/15) olacaq.

Qeyd edək ki, parlament seçkiləri üçün ən çox seçki məntəqəsi Yunanıstan, ABŞ, Türkiyə, Almaniya, Azərbaycan və İtaliyada açılacaq.

ABŞ və Yunanıstanın hər birində beş məntəqə, Almaniyada dörd, Azərbaycan, Türkiyə və İtaliyada üç, İspaniyada isə iki seçki məntəqəsi yaradılacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey