“Google”un axtarış sisteminə süni intellektli rəqib gəlir – “SearchGPT”

“OpenAI” süni intellekt əsaslı yeni “SearchGPT” axtarış alətinin prototipini elan edib. İddia edilir ki, axtarış sistemi istifadəçiyə aydın mənbələrlə sürətli və vaxtında cavablar verəcək.

Dalğa Tv-in məlumatına görə, bu barədə şirkətin saytında elan edilib.

Bildirilir ki, ilk mərhələdə axtarış sistemi kiçik bir istifadəçi qrupu üçün əlçatan olacaq. Daha sonra şirkət axtarış sisteminin bəzi funksiyalarını birbaşa “ChatGPT”yə inteqrasiya etmək niyyətindədir.

Yeni alət vizual olaraq “ChatGPT”dən fərqlənəcək, çünki bir generasiya edilmiş cavab əvəzinə istifadəçilərə xarici veb-saytlara aparan bir neçə link təklif ediləcəyi gözlənilir. Məlumata görə, istifadəçilər sistemə dəqiqləşdirici suallar verə biləcəklər və ümumi kontekst hər sorğu ilə toplanacaq.

Mütəxəssislərin fikrincə “OpenAI”ın bu addımı axtarış sistemi son 20 il ərzində dominant olan “Google”a birbaşa meydan oxumaqdır və generativ süni intellekt sahəsində nailiyyətlərin kommersiyalaşdırılması uğrunda mübarizədə yeni cəbhə açır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey