Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var
Əfqanıstanda partlayışlar nəticəsində azı 7 nəfər ölüb, 10 nəfərdən artıq adam yaralanıb.
“Report” Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, yaralananlar arasında Helmand əyalətinin qubernatoru, İnformasiya və mədəniyyət departamentinin direktoru, əyalət şurasının sədri və müavini və bir nəfər yüksək rütbəli hərbçi də var.
Hələlik hücumun məsuliyyətini heç kim üzərinə götürməyib.