Tbilisidə Azərbaycan Zəfərinin ildönümünə həsr olunan futbol turniri başlayıb
Bu gün, 23 oktyabr tarixində paytaxt Tbilisidə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” mini futbol turnirinə start verilib.
24News.ge xəbər verir ki, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə baş tutan turnirə ümumilikdə 10 həvəskar komanda qatılıb.
Turnirin ilk oyunu Azərbaycan və Türkiyənin Gürcüstandakı diplomatik nümayəndəliklərinin həvəskar komandaları arasında keçirilib.
Baş tutan qarşılaşma 2:0 hesabı ilə türkiyəli diplomatların xeyrinə başa çatıb.
Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin komandalarının da iştirak edəcəyi yarışın qalibi noyabrın 8-də müəyyənləşəcək.