Qarabağ qaziləri Gürcüstanda keçirilən futbol yarışına qələbə ilə start veriblər

Gürcüstanda əlil futbolçular arasında yarış başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, idman tədbiri Gürcüstan və Rusiya arasında 2008-ci il avqust müharibəsində şəhid olan gürcü əsgərlərin xatirəsinə həsr olunub.

Yarış Gürcüstanın Müdafiə Nazirliyi, Veteranlarla İş üzrə Dövlət Xidməti və Amputant Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Yeddi komandanın qatıldığı turnirdə Qarabağ qazilərinin təmsil olunduğu “Azərbaycan” komandası da iştirak edir. Komanda bu gün Tbilisidə “İmedi” idman mərkəzinin stadionunda Qorinin “Kartli” komandası ilə görüşüb. Qarşılaşma 1:0 hesabı ilə Qarabağ qazilərinin qələbəsi ilə başa çatıb.

Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatının əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin təmsilçiləri və yerli azərbaycanlı gənclər oyuna azarkeşlik ediblər.

“Azərbaycan” növbəti görüşünü bu gün saat 18:00-da Zestafoninin “Marqveti” komandası ilə keçirəcək.

Finala vəsiqə qazanan komandalar avqustun 7-də Qori şəhərində keçiriləcək final oyununda qarşılaşacaqlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey