ABŞ hərbi təyyarəsi Tbilisi hava limanına eniş edib
ABŞ Hərbi-Hava Qüvvələri (USAF)-nə məxsus hərbi nəqliyyat təyyarəsi Boeing C-17 Globemaster III Gürcüstan hava məkanında müşahidə olunub.
Məlumata görə, təyyarə Almaniyadan uçaraq Tbilisi Beynəlxalq Hava Limanı-na eniş edib. Bu barədə “İnfoRustavi” nəşri məlumat yayıb.
Bildirilir ki, təyyarə hava limanında qısa müddət qaldıqdan sonra, təxminən saat 16:02-də yenidən havaya qalxaraq Ermənistan istiqamətində hərəkət edib.
Flightradar24 məlumatlarına əsasən, təyyarə Zvartnots Beynəlxalq Hava Limanı-na eniş edib və bundan sonra radar izləməsindən çıxıb.
Qeyd edək ki, Boeing C-17 Globemaster III tipli təyyarələr əsasən hərbi texnikanın daşınması, şəxsi heyətin nəqli və humanitar yüklərin çatdırılması məqsədilə istifadə olunur.
