Tbilisidə aksiyaya qoşulan Finlandiya XİN rəhbəri cərimələnib

Tbilisidə aksiyaya qoşulan Finlandiya XİN rəhbəri cərimələnib

ATƏT sədrinin Rustaveli prospektində qanunsuz yol bağlamasına görə cərimə edildiyi açıqlanıb.

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi təsdiqləyib.

Bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen Rustaveli prospektində yolu qanunsuz bağladığı üçün 5 min lari cərimə olunub.

Bundan əlavə, Gürcüstan Xarici İşlər Nazirliyi Finlandiyanın Xarici İşlər Naziri və ATƏT-in fəaliyyətdə olan sədrinin səfərindən narahatlığını bildirib və ATƏT Katibliyinə və iştirakçı dövlətlərə etiraz notası ünvanlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey