İndoneziyada 7,4 bal gücündə zəlzələ baş verib
İndoneziyanın Maluku dənizi sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanlar yerin təxminən 35 kilometr dərinliyində baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) bildirib ki, zəlzələnin episentri Ternate şəhərindən təxminən 126 kilometr şimal-qərbdə yerləşib.
Güclü zəlzələ ətraf adalarda ciddi dağıntılara səbəb olub, bir sıra tikililər zərər görüb və ya dağılıb.
Zəlzələdən dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, daha sonra bu xəbərdarlıq rəsmi olaraq ləğv olunub.
Hazırda hadisə nəticəsində insan tələfatı və yaralananlar barədə rəsmi və dəqiq məlumat açıqlanmayıb. Bununla belə, dağıntıların miqyasına görə itkilərlə bağlı narahatlıqlar davam edir.
