Türkiyədə ardıcıl 4 zəlzələ: sakinlər küçələrə axışdı
Türkiyənin Qars vilayətində 4 ardıcıl zəlzələ baş verib.
Bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, əvvəlcə 3,3 və 3,4 bal gücündə zəlzələ baş verib. Daha sonra isə 3,2 və 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələlərdən sonra sakinlərin bir qismi küçələrə axışıb.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.