Baş nazir ölkədə keçirləcək seçkiləri şərh etdi
“Gürcüstanın daha da demokratikləşməsinin növbəti əlaməti ədalətli seçkilərin keçirilməsi olacaq, həmişə olduğu kimi, hökumətin borcu isə bunu təmin etməkdir”.
Bu sözləri baş nazir Giorgi Qaxaria deyib.
Nazir deyib ki, seçki sistemi ilə əlaqəli olan qanun dəyişikliklərindən sonra əslində seçki və siyasi proses artıq başlayır.
Hökumət başçısı bildirib ki, pandemiya altında keçirilən seçkilər, ölkəyə uğurlu təcrübə qazanma imkanı verəcək.