Gürcüstanın azərbaycanlılar yaşayan kəndində COVID-19-a yeni yoluxma təsdiqlənib
Gürcüstanın Bolnisi rayonunda koronavirusa yeni yoluxma faktı qeydə alınıb.
Virusun aşkarlandığı şəxs azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kənd sakinidir.
Bununla da, rayonda COVID-19-a yoluxanların sayı 192-yə çatıb. Onların 175-i sağalıb, 4-ü isə vəfat edib.
Qeyd edək ki, Muşevani kəndində aprelin 25-dən yüksək epidemioloji risk səbəbindən sərt karantin rejimi tətbiq olunur.